Məlum olduğu kimi, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün “İnstagram” sosial şəbəkəsindəki səhifəsində paytaxtın Yasamal rayonunda yerləşən “Şaurma 1” kafesinin yanında ananın öz körpəsini daşın üzərinə qoyaraq narkotik vasitələrdən istifadə etməsi ilə bağlı videogörüntü paylaşıb.

Sözügedən videogörüntülərlə əlaqədar Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən əldə etdiyimiz məlumata görə, araşdırmalarla Rövşanə Kərimovanın azyaşlı uşağı ilə birlikdə küçələrdə dilənməsi, tüfeyli həyat tərzi keçirməsi, daimi yaşayış yerinin olmaması, narkotik vasitə aludəçisi olması müəyyən edilib: "Qeyd olunan səbəblərə görə onun barəsində müvafiq məlumatlar toplanılaraq aidiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına təqdim olunmuşdur. Rövşanə Kərimovanın azyaşlı uşağının dövlət himayəsində olan uşaq müəssisəsinə yerləşdirilməsi qərara alınıb.

Mövcud vəziyyətdə uşağın təhlükəsizliyinin təmin edilməsi üçün Baş Prokurorluq tərəfindən aidiyyəti rayon məhkəməsinə Rövşanə Kərimovanın valideynlik hüququnun məhdudlaşdırılması barədə mülki iddia qaldırılıb".

ELBAR

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN