İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın xidməti avtomobilinin də olduğu qəza baş verib.
Yerli KİV-in məlumatına görə, dövlətə məxsus avtomobil Ərəbkir rayonunda başqa bir ciplə toqquşub. Hadisə bu gün yerli vaxtla saat 08:30 radələrində Komitas prospekti ilə Gülbenkyan küçəsinin kəsişməsində baş verib. Qəzada iştirak edənlər avtomobillər - Armen Qriqoryana xidmət edən Toyota Land Cruiser və Range Rover olub. Alkoqol sərxoşluğu testin nəticəsinə görə, qəza zamanı hər iki sürücü ayıq olublar. Qeyd olunur ki, onların hər biri digər sürücünü qəzanın günahkarı hesab edir. Hadisənin dəqiq səbəbləri polis tərəfindən araşdırılacaq.
Y.MƏMMƏDLİ