Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işinin məhkəməyə göndərildiyi barədə məlumat vermişdik. Artıq sözügedən cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası avqustun 4-nə təyin edilib.
Məhkəmə prosesinə hakim Əli Məmmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Dürdanə Əliyeva barəsində BDU-nun tələbələrindən daxil olan çoxsaylı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
ELBAR