Minsk razılaşmaları Ukraynaya münaqişəyə hazırlaşmağa imkan verən vaxt qazandı. Bu fikri Almaniyanın keçmiş kansleri Angela Merkel rusiyalı zarafatcıl Vovan (Vladimir Kuznetsov) və Lexus (Aleksey Stolyarov) ilə söhbətində bildirib.

Tezadlar.az xəbər verir ki, onların söhbətinin yazısı Rutube-də yer alıb.

“Hazırda 2014-cü ili “qazmağın” məntiqli olduğunu düşünmürəm. Sonra ən pis hadisələrin baş verməməsi üçün hamı bu müqaviləni imzaladı. Mən sadəcə hesab edirəm ki, Minsk razılaşmaları Ukraynaya 2014-2021-ci illər arasında inkişaf etmək üçün daha çox vaxt verib”, – Merkel özlərini Ukraynanın keçmiş prezidenti Petro Poroşenko kimi təqdim edən zarafatçılara deyib.

Almaniyanın keçmiş kanslerinin fikrincə, vaxt baxımından belə bir qazanc münaqişənin qarşısını almasa da, Kiyev üçün çox yaxşı idi.

"İndi isə Ukrayna nəinki cavab verə bilər, həm də lazımi dəstəyi ala bilər", - Merkel bildirib.

"Düşünürəm ki, hazırda ən vacib şey Qərbin sadəcə olaraq bir yerdə qalmasıdır”, — zarafatcılların həmsöhbəti qeyd edib. Onun fikrincə, Fransa, Almaniya və bütün Avropa İttifaqı ümumi siyasət yürüdür.

2022-ci ildə Merkel Die Zeit-ə müsahibəsində Minsk razılaşmalarının Ukraynaya vaxt vermək cəhdi olduğunu deyib. O, Kiyevin bu vaxtdan güclənmək üçün istifadə etdiyini vurğulayıb.

Bundan əvvəl prankerlər Vovan və Lexus Poroşenkonun adından ABŞ-ın keçmiş müdafiə naziri Mark Esperlə danışıblar. Xüsusilə Pentaqonun keçmiş rəhbəri onlara deyib ki, Ukrayna ABŞ-ın etmək istəmədiyi çirkin işlərlə məşğuldur.

K.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN