Ağ Ev ABŞ prezidenti Co Baydenin fevralın 21-də Varşavada çıxışının məzmununu açıqlayıb. Qeyd olunur ki, Amerika dövlətinin başçısı müttəfiqləri ilə Rusiyanın cilovlanmasını müzakirə edəcək və Rusiya lideri Vladimir Putinə “siqnal göndərəcək”.

Tezadlar.az bildirir ki, bu barədə RİA Novosti xəbər verir.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi bildirib ki, prezidentin çıxışı Amerika xalqı, müttəfiqləri və tərəfdaşları ilə rezonans doğuracaq mesajlar verəcək.

“Güman edirəm ki, siz onun həm cənab Putinə, həm də rus xalqına mesaj göndərdiyini eşidəcəksiniz”, - deyə rəsmi bildirib.

Fevralın 20-də Bayden Kiyevə elan olunmamış səfər etdi. “The New York Times”ın məlumatına görə, siyasətçi Polşadan qatarla Ukrayna paytaxtına gəlib. Amerika lideri ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb, Ukraynanın ərazi bütövlüyünə sadiqliyini ifadə edib və yeni hərbi yardım paketi də daxil olmaqla, gələcək dəstəyi vəd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN