Bu gün “Vahid Milli Hərəkat” partiyasının tərəfdarları və liderləri Tbilisi meriyasının binası yaxınlığında etiraz aksiyası keçirirlər.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, mitinq iştirakçıları Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin müalicə üçün xaricə göndərilməsini tələb edirlər. Mitinq iştirakçıları əllərində Ukrayna bayrağı və Saakaşvilini dəstəkləyən “Mişaya azadlıq”, həmçinin “Kaxa qatil və rus satqındır” kimi yazısı olan pankartlar açıblar. Mitinq iştirakçıları Tbilisi meriyasının binasına Tbilisi meri Kaxa Kaladzenin təsviri və üzərində “Kaladze rusdur və satqındır” yazısı olan plakat vurmağa çalışıblar, bu zaman isə polisə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb.
Mitinqçilər aksiyanın daha geniş məkanlarda və ardıcıl olaraq davam etdiriləcəyini deyiblər.
A.Məmmədli