ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Çinlə rəqabətlə bağlı dinləmələr keçirəcək. Reuters xəbər verir ki, bu barədə komitənin rəhbəri Maykl Makkol bildirib.

Dinləmələr fevralın 28-də keçiriləcək və "Çin Kommunist Partiyasının nəsillərə qoyduğu problemlərlə mübarizə" mövzusuna həsr olunacaq. Makkolun sözlərinə görə, dinləmələrin məqsədi Çin Kommunist Partiyasının təcavüzünə qarşı mübarizə üçün daha vahid yanaşmanın həyata keçirilməsində boşluqları müəyyən etməkdir.

Balonla bağlı insidentdən sonra iki ölkə arasında münasibətlər daha da mürəkkəbləşib. ABŞ-ın şimal hissəsi üzərində Çin kəşfiyyat aparatının peyda olması fevralın 3-də məlum olub. Fevralın 4-də ABŞ hərbçiləri Cənubi Karolina üzərində səmada bir şarı məhv ediblər. Balon vəziyyəti fonunda ABŞ dövlət katibi Entoni Blinken Pekinə planlaşdırılan səfərini təxirə salıb. Daha sonra Çin Xarici İşlər Nazirliyi şarla bağlı insidentin iki dövlət arasında münasibətlərin sabitləşməsinə xələl gətirdiyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN