Macarıstanın baş naziri Viktor Orban Fides-Xristian Demokratik Xalq Partiyası (PPCD) alyansının deputatları ilə qapalı görüşü zamanı ABŞ prezidenti Co Baydeni Avropa iqtisadiyyatını zəiflətməkdə ittiham edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Magyar Nemzet məlumat yayıb.
Məlumata görə, Amerika liderinin məhdudiyyətsiz administrasiyası Brüsseldə öz maraqlarını Avropanın maraqlarına ziyan vurmaqla müdafiə edir. "Müharibəyə cavab - sanksiya sunamisi - Avropa iqtisadiyyatını zəiflətməyə başladı və ucuz enerji ilə zəngin olan Amerika bütün bunlardan təsirlənmədi", - siyasətçi deyib.
Baş nazir onu da əlavə edib ki, Avropanın hərbi gücü zəifləməyə başlayıb. O, bunu bununla əlaqələndirib: “Müharibə Avropa ordularının ehtiyatlarını azaltdı və onları əvəz etməkdən narahat olmadılar”.
Parlament iclası başlamazdan əvvəl Orban deputatlar qarşısında “Bayden administrasiyası, müharibə tərəfdarı Brüssel bürokratları və müharibə tərəfdarı siyasətçilərin” daxil olduğu Fidesz-PPCD ittifaqının əleyhdarlarını açıqlayıb. O, onları “müharibənin tərəfində olan” “beynəlxalq maraq qrupları” adlandırıb.
Fevralın 10-da Macarıstanın baş naziri Viktor Orban və Avstriya kansleri Karl Nehammer Brüsseldə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə ona Ukraynaya silah verilməsini rədd ediblər. Qeyd olunur ki, Vyana neytral qalmaq istəyir və Budapeşt əvvəldən Ukraynanı hərbi təchizatla dəstəkləmək fikrində deyildi.
E.ŞİRİNOV