Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də respublikada keçiriləcək prezident seçkilərində püşkatma nəticəsində bülletenlərdə birinci yeri tutub.

Tezadlar.az xəbər verir ki, Anadolu xəbər agentliyinin bu gün verdiyi məlumata görə, siyahının ikincisi Vətən Partiyasının namizədi Məhərrəm İncə olacaq. Onun ardınca Ərdoğanın əsas rəqibi, birləşmiş müxalifət namizədi və ana müxalifət Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu gələcək. Siyahıda dördüncü yerdə Atatürkçülər Alyansının namizədi Sinan Oğan olacaq.

Qeyd edək ki, Türkiyədə parlament seçkiləri ilə yanaşı, mayın 14-də prezident seçkiləri də keçiriləcək. Birinci turda qalib gəlmək üçün dövlət başçısı postuna namizəd 50%-dən çox səs toplamalıdır. Əks halda, birinci turda ən çox dəstək alan iki namizədin iştirak edəcəyi ikinci tur keçiriləcək. Bundan əvvəlki prezident seçkiləri 2018-ci il iyunun 24-də keçirilib. Ərdoğan 52,6% səs toplayaraq onları qazanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN