“Xiaomi” Ukrayna hakimiyyəti tərəfindən "müharibənin beynəlxalq sponsorları" siyahısına daxil edilməsi ilə bağlı öz mövqeyini bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.

Şirkətin bəyanatında deyilir ki, hər kəsin rabitə vasitələrinə, eləcə də məlumatlara çıxış hüququ var və özü də dünya üzrə 100-dən çox ölkədə mövcud olan yerli qanun və qaydalara ciddi şəkildə əməl edən qlobal korporasiyadır.

Xiaomi Ukrayna tərəfinin müharibəyə sponsorluq etmək ittihamlarını da rədd etdi və istehsalçının missiyasının texnologiya sayəsində insanların daha yaxşı həyatını təmin etmək üçün münasib qiymətə keyfiyyətli məhsul istehsal etmək olduğunu vurğuladı. Korporasiya onu da əlavə edib ki, hər kəsə sülh arzulayırlar.

Bundan əvvəl Ukrayna “Xiaomi” korporasiyasını “müharibənin beynəlxalq sponsorları” siyahısına daxil edib. Bu, smartfon və məişət texnikası istehsalçısının Rusiya bazarını tərk etməkdən imtina etməsi səbəbindən edilib.

K.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN