Polis bu gün Yaponiyanın baş naziri Fumio Kişidanın yaxınlığında partlayışı qərbdəki Kavanişi şəhərindən olan 24 yaşlı gəncin törətdiyini müəyyən edib.

Tezadlat.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Hazırda saxlanılan şəxsin adı və motivləri barədə məlumat verilmir.

Qeyd edək ki, Kişidanın Vakayama şəhərindəki çıxışından əvvəl bir adam tüstü bombası və ya məşəl kimi görünən obyekti atıb və sonra partlayıb. Hadisə zamanı hökumət başçısı parlamentin aşağı palatasına təkrar seçkilərdə hakim Liberal Demokrat Partiyasından olan namizədlə söhbət edib. Atışdan sonra hücum edən şəxs partlayış baş verən ana qədər təhlükəsizlik işçiləri tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, tədbirdə iştirak edənlərdən heç biri xəsarət almayıb.

Kişida Vakayama Polis Departamentinə təxliyə edilib, lakin daha sonra ictimai çıxışlarını davam etdirmək üçün ayrılıb.

Xatırladaq ki, 2022-ci ilin iyulunda keçmiş donanma dənizçisi Tetsuya Yamaqami əsas Honsyu adasının cənub-qərbindəki Nara şəhərindəki küçədə seçki kampaniyası mitinqində çıxış edən Yaponiyanın keçmiş baş naziri Şinzo Abeni kürəyindən güllələyib. O, özü düzəldib sınaqdan keçirən çoxlüləli atıcı qurğudan istifadə edib. Atəş açan şəxs qətlə yetirilən siyasətçinin mühafizəçiləri tərəfindən cinayət yerində tutularaq həbs edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN