Dubayda yaşayış binasında dünən baş verən yanğında azı 16 nəfər ölüb, 9 nəfər yaralanıb.

Bu barədə bazar günü Khaleej Times qəzeti əmirliyin mülki müdafiə xidmətinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, şənbə günü saat 12:35-də (Bakı vaxtı ilə 12:35) xilasedicilərə Er Raas ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata görə, yanğına səbəb yanğın təhlükəsizliyi tələblərinə əməl edilməməsi olub. Hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlanılıb.

Binada yerləşən mağazalardan birinin əməkdaşı nəşrə bildirib ki, “güclü gurultu eşidilib”. "Bir neçə dəqiqə nə baş verdiyini anlaya bilmədik. Lakin sonra pəncərədən tüstü və yanğın gördük", - o əlavə edib. Hadisə şahidinin sözlərinə görə, bir neçə nəfər insanlara kömək etmək üçün binaya girməyə çalışıb, lakin tüstüdən buna nail ola bilməyib və xilasediciləri gözləmək qərarına gəlib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN