G7 (Böyük Yeddilər) ölkələrinin XİN rəhbərlərinin iclasında iştirakçılar Moskvanın Ukrayna ərazisindəki hərəkətlərinə dəstək cəlb etmək üçün Rusiyanı “yalan məlumat yaymaqda” qınayıblar.

Tezadlar.az-ın məlumatına görə, bu barədə RİA Novosti yazır.

Görüşdən sonra yayımlanan sənəddə G7 ölkələri “demokratik prosesləri dayandırmaq və cəmiyyətləri sabitsizləşdirmək məqsədi daşıyan” dezinformasiyanın yayılmasından “narahatlıqlarını ifadə ediblər”.

Kommunikedə ölkələr həmçinin təhlükəsizlik və iqtisadiyyat sahələrində də daxil olmaqla, Kiyevə lazım olan müddətdə dəstəyi davam etdirəcəklərini öhdələrinə götürüblər. Bundan əlavə, klub ölkələri Rusiyanın nüvə ritorikasını tənqid etməklə yanaşı, Ukrayna prezidenti Vladimir Zelenskinin sülh planını dəstəklədiklərini bir daha bəyan ediblər. Bununla bağlı G7 ölkələrinin XİN rəhbərləri Moskvanı nüvə müharibəsinin yolverilməzliyini təsdiq etməyə çağırıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN