Artıq neçənci dəfədir ki, Gürcüstan vətəndaşları Rusiya hərbçiləri tərəfindən saxlanılır...

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Rusiya işğalçı qüvvələrinin nümayəndələri Kareli bələdiyyəsinin Dvani kəndi yaxınlığında işğal altındakı ərazidə Gürcüstan vətəndaşını qanunsuz həbs ediblər. Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. DTX-dən verilən məlumata görə, faktla bağlı dərhal “qaynar xətt” işə salınıb, Avropa İttifaqının monitorinq missiyasına və Cenevrə beynəlxalq müzakirələrinin həmsədrlərinə məlumat verilib. Bildirilir ki, qanunsuz olaraq həbs edilən vətəndaşın azad edilməsi istiqamətində bütün mövcud mexanizmlərdən istifadə edilir. Baş verənlərin məsuliyyəti isə tamamilə işğalçı rejimin üzərinə düşür.

Məsələ artıq qalmaqalla müşaiyət olunur. Gürcüstan rəsmiləri bu barədə artıq Rusiya XİN-ə rəsmi müraciət təqdim edib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN