Yaponiya vətəndaşlarını xilas etmək üçün Sudana Özünümüdafiə Qüvvələri göndərəcək.

Tezadlar.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno fövqəladə mətbuat konfransında deyib.

Matsuno bildirib ki, indiyədək Sudanda yaşayan 60-a yaxın yapon arasında xəsarətlər barədə məlumat yoxdur. O qeyd edib ki, Yaponiya vətəndaşları, o cümlədən ölkə səfirliyinin və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin əməkdaşları içməli su və qida çatışmazlığı səbəbindən “çətin vəziyyətdədir”.

Aprelin 15-də Sudanda ordu ilə Çevik Qüvvələri arasında toqquşma baş verib. Daha sonra ölkənin silahlı qüvvələri xüsusi təyinatlı birləşmələrə qarşı hərbi əməliyyatların miqyasının genişləndiyini açıqlayıb və ölkə əhalisini diqqətli olmağa çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN