Finlandiyanın Kauhava şəhərinin hakimiyyəti Helsinkiyə Finlandiyanın qərbində onların şəhəri yaxınlığında NATO hərbi bazası tikmək təklifi ilə çıxış edib.
Tezadlar.az xəbər verir ki, tikinti təşəbbüsü şəhər administrasiyasının rəsmi saytında dərc olunub.
“Kauhava Finlandiyanın Baltik dənizinin mərkəzində yerləşən yeganə hərbi hava limanıdır. Hava limanı Qərbi Finlandiyada ən uzun uçuş-enmə zolağına malikdir və 2700 metrə çatır”, - səlahiyyətlilər təşəbbüsü arqumentlərlə dəstəkləyiblər.
Finlandiya prezidenti Sauli Niinistö bir müddət əvvəl bildirmişdi ki, ölkənin NATO üzvü kimi yeni statusu bütün problemləri həll etmir, ona görə də Helsinki öz təhlükəsizliyini təmin etmək məsələlərində sayıqlığını yumşatmamalıdır.
Finlandiya aprelin 4-də rəsmi olaraq NATO-ya üzv olub. O, 2022-ci ildə hərbi bloka qoşulmaq qərarına gəlib. Ölkə hakimiyyəti buna səbəb Rusiyanın xüsusi əməliyyata başlamasını göstərib.
K.ŞİRİNOV