Türkiyənin yeddi partiyalı müxalifətdən prezidentliyə namizədi Kamal Kılıçdaroğlu seçkilərdə qalib gələcəyi təqdirdə ölkənin Avropa Birliyinə (Aİ) üzvlüyü ilə bağlı danışıqları bərpa edəcəyinə söz verib.

Tezadlar.az bu barədə “Financial Times”-a istinadən xəbər verir.

Ölkənin Avrointeqrasiyasının Kılıçdaroğlunun prezident olacağı təqdirdə əldə edəcəyini vəd etdiyi əsas məqsədlərindən biri olduğu vurğulanır. O, Rusiya hakimiyyətinin siyasətinə tənqidi münasibət bəsləsə də, Moskva ilə iqtisadi əlaqələrin saxlanmasının tərəfdarıdır.

Bundan əlavə, türkiyəli namizəd ölkədə demokratik institutları bərpa etməklə Türkiyənin avtokratiyaya çevrilməsinin qarşısını almaq niyyətində olduğunu bildirib. .

“Məhkəmə müstəqilliyi, media azadlığı və ifadə azadlığı – bütün bunlar geri qayıtmalıdır”, - deyə o vurğulayıb.

Bundan əvvəl Kılıçdaroğlunun prezidentlik yarışı ərəfəsində Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanı qabaqladığı məlum olub. Qeyd olunub ki, respondentlərin 49,5 faizi müxalifətçiyə səs verməyə hazır olduğunu bildirib, Ərdoğanı isə respondentlərin 41,5 faizi dəstəkləyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN