Dələduzlar yenə fəaliyyətdədir.

Redaksiyamıza bununla qarşılaşan şəxslərdən biri məlumat göndərib.

Qeyd edilir ki, indii də mobil nömrələrə (foto təqdim olunub) fotolar- mesajlar göndərirlər və istifadəçiləri ən azı 1000 dollar qazanacağına inandırmağa çalışırlar. 

GUYA BU BARƏDƏ QƏRAR DA VAR...

Bunun üçün isə səndən linkə daxil olaraq nömrə qoymaq tələb olunur. Və daxil olduğun linkdə özləri tərəfindən yalan adlarla guya pul qazandıqları barədə məmnuniyyət dolu paylaşımlar edirlər...Kimlər isə telefon nömrələrini yazır və daha sonra ... Bundan sonra hakerlər həmin telefon nömrəsi vasitəsilə istədiklərinə nail olmağa başlayır – ev ünvanından, kredit kartlarından tutmuş hər şeyə... Vətəndaşları ayıq –sayıq olmalı, onlara göndərilən şirnikləndirici, şübhəli mesajlara aldanmamalı və heç bir halda onlara şəxsi məlumatlar verməməlidirlər.  Onu da nəzərə alın ki, bu şirnilkəndirici yazışmalar Azərbaycan türkcəsində də deyil, yəni Azərbaycan vətəndaşı olmayan şəxs necə bu "yardım"dan istifadə edə bilər?

Qeyd edək ki, bəzən bu fırıldaqçı hakerlər başqa ölkələrdə yaşayanlar olur.

i

 

Y.MƏMMƏDLİ 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN