Türkiyədə baş verən 208 meşə yanğınından 196-sı nəzarət altına alınıb.

Türkiyə Meşəçilik Ümumi Müdirliyi "Twitter" hesabında etdiyi paylaşımda xüsusilə Türkiyənin cənub bölgələrində təsirli olan meşə yanğınlarının son vəziyyəti haqqında məlumat yayıb:

"28 iyul və 6 avqust 2021 tarixləri arasında saat 09: 45-dən etibarən, Türkiyədə baş verən 208 meşə yanğınından 196-sı, dövlətin bütün imkanları səfərbər edilərək nəzarət altına alındı".

  Qeyd edək ki, Türkiyədə Antalyanın Manavqat, Akseki, Alanya, Gündoğmuş və Qazipaşa qəsəbələri, Muğlanın Marmaris, Bodrum, Milas, Göyçegiz və Seydikəmər qəsəbələri, Mersinin Aydıncık və Silifke qəsəbələri, Osmaniyyənin Mərkəz və Kadirli qəsəbələri ilə  Adananın Aladağ, İmamoğlu, Karaisalı, Kozan və digərləri təbii fəlakət bölgələri elan olunub.

Xatırladaq ki, hər gün yanğın baş verən bölgələrdəki meşə yanğınları söndürülsə də yeni bir bölgədə, qəsəbədə meşə yanğınları başlayır. Bəzi bölgələrdə isə eyni vaxtda meşə yanğınlarının baş verməsi də sual doğurur. Artıq bu yanğınları törətməsi şübhəsi ilə saxlanılan şəxslər də var. Türkiyədə meşə yanğınlarının baş vermə səbəblərinin araşdırılması davam edir.

Xəbər verildiyi kimi, meşə yanğınları ilə mübarizəyə Azərbaycan FHN-nin müvafiq qüvvələri də qoşulub. Və Türkiyədəki Kəmərköy və Yeniköy istilik elektrik stansiyaları da məhz Azərbaycan FHN-in qüvvələri tərəfindən yanğından mühafizəyə götürülüb. 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN