Gürcüstanın “İmedi” telekanalı müxalif “Girçi” partiyasının təşkil etdiyi həftəsonu təlimlərinin iştirakçılarının respublikada silahlı çevrilişə hazırlaşdıqlarını ortaya çıxarıb.
Sözügedən məsələ müxalifətin “Qirçi – daha azadlıq” partiyasının lideri Zurab Caparidzenin təşkil etdiyi həftəsonu təlimlərinin iştirakçılarından gedir.
Jurnalistlər müxalifətçilərin təlimlərdə təhsil alan gənclərin hakimiyyətin zorakılıqla devrilməsinə çevrilən etiraz aksiyalarında istifadəsini açıq şəkildə müzakirə etdiklərini öyrənməyə nail olublar. Eyni zamanda, Caparidze özü də gənclər inqilabının lideri rolunu oynayacaq.
Məlumata görə, təlimlərdə odlu silahdan istifadə üzrə kurslar keçirilir, onlar üçün “Girçi” gənclər düşərgələrinə hərbi mütəxəssislər dəvət olunur. Hətta Bakurianidə müvafiq kursu amerikalı zabit Devid Berteles keçirmiş.
Eyni zamanda, valideynlər övladlarının nəyə hazırlaşdığı barədə təlimin təşkilatçılarından heç bir məlumat almırlar.
Artıq “Gürcü arzusu” “Qirçi”nin qanunsuz fəaliyyətini tənqid edib. Deputat Mixail Sarjveladze vurğulayıb ki, Zurab Caparidzenin davranışı dövlət üçün getdikcə daha təhlükəli xarakter alır. Buna baxmayaraq, partiyada əmindirlər ki, “Girçi”nin Gürcüstanda əsl inqilab etmək üçün resursları yoxdur.
Y.MƏMMƏDLİ