Berlinin ali inzibati məhkəməsi  Almaniyanın paytaxtında mayın 8-də və 9-da Rusiya bayraqlarının nümayişi ilə bağlı aşağı məhkəmənin qərarına qarşı polisin şikayətindən sonra qadağanı yeniləyib.

Bu barədə Berlin polisi Twitter-də məlumat yayıb.

Xəbərdə bildirilir ki, Berlin məhkəməsi hüquq-mühafizə orqanları əməkdaşlarının Treptov, Tierqarten və Şenxoltser-Hayde parklarında Rusiya bayraqlarının asılmasına icazə verilməsi ilə bağlı şikayətini “əsaslı tanıyıb”.

“Bu yaddaqalan yerlərdə Rusiya bayraqlarının və fərqlənmə nişanlarının, SSRİ bayraqlarının, həmçinin Georgi lentinin və bayrağın asılması qadağandır”, - deyə onlar əlavə ediblər.

 “İndiki kontekstdə onlar istənilən halda müharibəyə simpatiya bəyannaməsi kimi qəbul edilə bilər”, - məhkəmə əlavə edib.

Qeyd edək ki, əvvəlcə polis mayın 8-i və 9-u anım günlərində Treptov, Tierqarten və Şenxoltser-Haydedəki sovet abidələrinin yanında Rusiya və Ukrayna bayraqlarını və simvollarını qadağan etdi. Bu iki gün Avropada İkinci Dünya Müharibəsinin başa çatmasının 78-ci ildönümünü qeyd edir.

Lakin cümə günü inzibati məhkəmə Ukrayna simvollarına qoyulan qadağanı ləğv edib.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

 Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

 Amaniya isə bu müharibədə Ukraynanı dəstəkləyən və yardım edən ölkələrdən biridir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN