Yujno-Saxalinskdə uşaq bağçasının müəlliməsi uşağı kəndirlə bağlayıb və yerdə yatırdıb.

Tezadlar.az ASTV portalına istinadən xəbər verir ki, hadisə Aviatsionnaya küçəsində yerləşən özəl müəssisədə baş verib.

Hadisə şahidi bildirib ki, qadın yeni uşağı yatırmaq üçün belə qeyri-adi üsuldan istifadə etmək qərarına gəlib. Müəllimə körpəni düyünlə bağlayıb yerə atıb.

"O, uzun müddət ağlayıb, özbaşına nəsə danışıb, yuxuya gedib. Təbii ki, uzun müddət bu vəziyyətdə yatmayıb və oyanıb", - nəşrin həmsöhbəti izah edib.

Daha sonra müəllimə uşağı şkafda qaranlıqda saxlayıb.

Faktla bağlı İstintaq Komitəsində istintaqa hazırlıq başlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN