Ukrayna prezidenti Vladimir Zelenski Xirosimada keçirilən “Yeddilik Qrupu” (G7) sammitində şəxsən iştirak etmək üçün bu gün Yaponiyaya səfər edib.
Tezadlar.az xəbər verir ki, məlumata əsasən o, Fransa hökumətinin təyyarəsi ilə gəlib.
Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, əvvəlcə Ukrayna prezidenti sammitdə onlayn şəkildə iştirak etməli idi. Belə bir razılaşma baş nazir Fumio Kişidanın mart ayında Kiyevə səfəri zamanı əldə olunub. Bununla belə, Zelenski daha sonra “sammitdə şəxsən iştirak etmək arzusunu ifadə etdi” və Yaponiya hökuməti bu təklifi qəbul etdi.
Yaponiya hakimiyyətinin məlumatına görə, səfər zamanı Zelenski Ukraynadakı vəziyyətlə bağlı sessiyada iştirak edəcək və Yaponiyanın baş naziri ilə görüşəcək.
Qeyd edək ki, Yaponiya bu il G7-yə sədrlik edir və mayın 19-dan 21-dək Xirosimada sammitini keçirir. Toplantıya Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı və Cənubi Koreyanın liderləri dəvət olunub.
E.ŞİRİNOV