Bir müddət əvvəl Ukraynada döyüş əməliyyatına rəhbərlik etdiyini, hətta tezliklə Zelenskini həbs edəcəyini deyən Ramzan Kadırovun indi də Gürcüstanda olduğu deyilir...
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Gürcüstanın bir sıra bölgələrində Rusiya dövlət nömrə nişanlı xüsusi avtomobil karvanının hərəkəti müşahidə olunub. Media yazır ki, avtomobillərin Çeçenistan prezidenti Ramzan Kadırovun dəstəsinə aid olduğu iddia olunur. Onların bir neçə gündür ki, Gürcüstanda olduqları, son günlər isə Batumidə müşahidə olunduğu bildirilir. Hazırda isə avtomobil karvanının Türkiyəyə yollandıqları bildirilir... Qeyd edək ki, Daxili İşlər Nazirliyi, onların hansı məqsədlə Gürcüstana gəldikləri ilə bağlı medianın suallarını cavablandırmayıb. Suallar isə hələ də açıq qalır. Ölkənin siyasi rəhbərliyi bu suallara cavab vermirsə, deməliş Kadırovun Gürcüstanda peyda olması razılaşdırılan səfər çərçivəsində olub.
A.Məmmədli