İyunun 27-də axşam Rusiya prezidenti Vladimir Putin yerli KİV rəhbərləri ilə görüşəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, görüşdə həm ənənəvi elektron medianın, həm də yeni medianın nümayəndələri iştirak edəcək.

"Bu format da kifayət qədər yaxşı inkişaf edib, bu yaxınlarda Rusiya mediasının rəhbərləri ilə belə bir görüş keçirilib, sözün əsl mənasında, yəqin ki, bir ay və ya bir az əvvəl olub", - Dmitri Peskov bildirib.

O, həmçinin bildirib ki, Putin iyunun 27-də Kremldə üsyan zamanı asayişi təmin edən Müdafiə Nazirliyi, Rusiya Qvardiyası, Daxili İşlər Nazirliyi, FTX bölmələrinə müraciət edəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN