Ukrayna artıq suveren dövlət deyil. Macarıstanın baş naziri Viktor Orban belə hesab edir.
Tezadlar.az xəbər verir ki, Almaniyanın "Bild" qəzetinə müsahibəsində o, "Ukrayna artıq suveren dövlət deyil. Onun pulu və silahı yoxdur. O, ancaq yardımla mübarizə apara bilər" deyib.
Siyasətçinin sözlərinə görə, Ukrayna böhranına son qoymaq məsələsi indi tamamilə ABŞ-dan asılıdır. Sülhün nə vaxt gələcəyinə yalnız Vaşinqton qərar verə bilər.
Həmçinin, Macarıstanın baş naziri Qərblə Ukrayna arasında əməkdaşlığı fiasko adlandırıb.
Daha əvvəl Orban bildirib ki, Avropa İttifaqının anti-Rusiya sanksiyaları sağlam düşüncəyə ziddir. Avropa nə “Rusiya Federasiyasını diz çökdürə”, nə də böhranın həllinə nail ola bildi.
E.ŞİRİNOV