ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə bütün “kommunistlərin və marksistlərin” ölkəyə girişini qadağan edəcəyinə söz verib.
Bu barədə siyasətçinin mətbuat xidmətinə istinadən xəbər verib.
"Federal qanuna əsaslanaraq, hökumətimə bütün kommunistlərin və bütün marksistlərin ölkəyə girişini qadağan etməyə göstəriş verəcəyəm", - Tramp deyib.
Siyasətçi vurğulayıb ki, o, prezidentliyinin elə ilk günündə “bütün xristianlara nifrət edən kommunistlər və marksistlər” üçün girişi bağlayacaq.
Bundan əvvəl Tramp 2024-cü il seçkilərində qalib gələrsə, Çindən tam iqtisadi müstəqilliyə nail olacağına və Çini qarşılıqlı ticarətdə ən əlverişli ölkə statusundan məhrum edəcəyinə söz vermişdi.
Xatırladaq ki, ABŞ-da yeni prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Donald Tramp və hazırkı Amerika lideri Co Bayden Ağ Evin prezidentliyinə əsas namizədlər hesab edilir.
E.ŞİRİNOV