Moldovanın xarici işlər naziri Niku Popesku Telegram kanalında bildirib ki, ölkə Avropa Komissiyasının (AK) Aİ-yə daxil olmaq üzrə danışıqlar üçün zəruri olan 9 tövsiyəsindən üçünə əməl edib.

“Moldova Avropa Komissiyasının doqquz tövsiyəsindən üçünü tam yerinə yetirib, digər üç tövsiyəyə gəldikdə isə, onlar 50%-dən çox yerinə yetirilib, lakin onların yerinə yetirilməsi üçün hələ də bəzi addımlar atılmalıdır”,  - o yazıb.

Nazirin sözlərinə görə, daha üç tövsiyənin icrasına başlanılıb, “müəyyən” irəliləyiş əldə olunub, lakin hələ də “əsaslı” tədbirlərin görülməsinə ehtiyac var.

Bundan əvvəl Moldova parlamentinin rəhbəri, hakim Fəaliyyət və Həmrəylik partiyasının sədri İqor Qrosu demişdi ki, Rusiya Federasiyası respublikanın Avropaya inteqrasiyası prosesinə “hər vasitə ilə” müdaxilə etməyə çalışır. O əlavə edib ki, onun partiyalı həmkarı, deputat Andrian Keptonar Rusiya diplomatlarının sayının azaldılmasını nəzərdə tutan təşəbbüslə çıxış edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN