"Gədəbəy rayonunun Söyüdlü kəndində asayişin pozulmasının qarşısını alan ayrı-ayrı əməkdaşların

funksional vəzifələrin icrasında pozuntulara yol verməsi müəyyən edilmiş və həmin halların gələcəkdə təkrarlanmaması üçün tərəfimizdən davamlı təşkilati-praktiki tədbirlər görülür".

Tezadlar.az bildirir ki, Daxili İşlər Nazirliyindən Söyüdlü hadisələri zamanı polis əməkdaşlarının hərəkətlərinin araşdırılması ilə bağlı Turan-ın verdiyi suallarına cavab olaraq bildirilib.  Qeyd olunub ki, şəxsi heyətin ekstremal vəziyyətlərdə davranışının təkmilləşdirilməsi məqsədilə Nazirlik tərəfindən mütəmadi təlimlər keçirilir və son illərin təcrübəsi, polisin, aksiyalarda xüsusi aqressivliyi ilə seçilən iştirakçılara qarşı təmkinli və sivil davranış nümayiş etdirdiyini deməyə əsas versə də, bəzən müvafiq sahədə nöqsan və çatışmazlıqlar da qeydə alınır.

İyunun 20-də Gədəbəy rayonun Söyüdlü kəndin sakinləri "Gədəbəy" yatağından qızıl hasilatı və emalı müəssisəsinin çirkab suları üçün ikinci süni gölün yaradılmasına etiraz ediblər. Etirazlar zamanı polis müdaxilə edib, nəticədə 10 nəfərə yaxın xəsarət aldığı və rəsmi olaraq 5 nəfər inzibati həbs edildiyi deyilir. İyunun 22-də isə kəndin girişinə və çıxışına polis postları qurulub. Baş nazir Əli Əsədovun tapşırığı ilə süni gölün insanların sağlamlığına təhlükəli olub-olmadığını yoxlamaq məqsədilə komissiya yaradıldı. Hazırda komissiya işini davam etdirdiyi bildirilir.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN