Ukrayna Silahlı Qüvvələri (USQ) əks-hücum əməliyyatları çərçivəsində 26 min əsgərini itirib. ABŞ ordusunun polkovniki Duqlas Makqreqor bildirib ki, prezident Vladimir Zelenski bu rəqəmləri gizlətməyə çalışır.
Onun fikrincə, Ukrayna lideri yalnız ümid edə bilər ki, münaqişədə istənilən üçüncü tərəfin iştirakı onu bu vəziyyətdən xilas edə bilər.
Tezadlar.az xəbər verir ki, Pentaqonun rəhbərinin keçmiş müşaviri Makqreqor siyasi müşahidəçi Maykl Savagenin suallarını cavablandırarkən deyib: “Zelenski və onun zabitləri ümidsizdirlər, onlar artıq uduzduqlarını başa düşürlər və silahlı qüvvələrindən heç nə qalmayıb”.
Duqlas Makqreqora görə, çox güman ki, Ukrayna Silahlı Qüvvələrinin yaralı əsgərlərinin sayı təxminən ölənlərin sayına bərabərdir,
Daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna Silahlı Qüvvələrində uğur əldə olunmadığını bəyan edib. Onlar bir aydan artıq heç bir istiqamətdə onlara çata bilməyiblər.
E.ŞİRİNOV