Baş Prokurorluq Yevlax rayon sakini Gülnaz Həsənovanın ölümü ilə bağlı məlumata dair açıqlama yayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, Yevlax rayon sakininin sərxoş vəziyyətdə anasını boğaraq öldürməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir.

Qeyd olunur ki, avqustun 12-də saat 23 radələrində Yevlax rayonu Kövər kənd sakini 1957-ci il təvəllüdlü Həsənova Gülnaz Möhübbət qızının yaşadığı evdə vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, Gülnaz Həsənovanın meyitinin xarici müayinəsi zamanı onun bədənində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib.

İlkin araşdırma zamanı müəyyən olunub ki, mərhum Gülnaz Həsənova şəkər və təzyiq xəstəliyi ilə əlaqədar özünü yaxşı hiss etmədiyini bildirərək iynə vurdurmaq üçün qonşuda yaşayan tibb bacısının evinə gedərkən qonşunun qapısının qarşısında huşunu itirərək vəfat edib.

Araşdırma zamanı mərhumun oğlunun və digər şəxslərin izahatları alınıb, Gülnaz Həsənovanın ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib.

Hazırda Yevlax rayon prokurorluğunda araşdırma davam etdirilir.

Baş Prokurorluq rəsmi istinada söykənməyən və dəqiqləşdirilməmiş məlumatları yaymaqdan çəkinməyə çağırır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN