Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 81 halda yanğına çıxış, 11 halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən Tezadlar.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri ötən sutka ərzində biri azyaşlı olmaqla 13 nəfəri, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan iki nəfəri xilas ediblər. Həmçinin qəza-xilasetmə əməliyyatı zamanı iki nəfərin cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.