Ukrayna Nazirlər Kabineti müdafiə nazirinin bütün müavinlərini və departamentin dövlət katibini vəzifələrindən azad edib.

Bu barədə ölkə hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk Telegram-da məlumat verib.

Onun sözlərinə görə, Ukrayna müdafiə nazirinin müavinləri Vladimir Qavrilov, Rostislav Zamlinski, Anna Malyar və Denis Şarapov mövqelərini itiriblər.

Bundan əlavə, ölkənin Müdafiə Nazirliyinin rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşma üzrə rəis müavini Vitali Deyneqa, eləcə də nazirliyin dövlət katibi Konstantin Vaşşenko işdən çıxarılıb.

Deyneqa daha əvvəl istefa məktubu təqdim etmədiyini bildirmişdi. O qeyd edib ki, Ukraynanın yeni müdafiə naziri ilə “birtəhər həll edəcək” və bundan sonra detallar barədə məlumat verəcək.

"Düşünürəm ki, ikimiz də bir-birimizdən gözləntilərimiz var", - Deyneqa deyib.

Sentyabrın 6-da Deyneqa, Qavrilov və Şevçenkonun istefaya getdiyi bildirilir. Bundan əvvəl Vladimir Zelenski ölkənin müdafiə naziri Aleksey Reznikovun vəzifəsindən azad edildiyini açıqlamışdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN