Ukrayna Silahlı Qüvvələrinin əsgərləri uğursuz əks-hücumları fonunda Rusiya hərbçiləri haqqında hörmətlə danışmağa başlayıblar.

Bu barədə İspaniyanın “El Pais” nəşri məlumat yayıb.

Nəşr döyüşçülərdən birinin sözlərini sitat gətirib: "Biz onların daha yaxşı təlim keçdiyini, daha təcrübəli olduğunu görürük. Ən pisi isə daha yaxşı silahlara sahib olmasıdır".

Qəzet qeyd edir ki, “o, reportaj üçün müsahibə verən digər əsgərlər kimi Rusiya Silahlı Qüvvələri haqqında hörmətlə danışır”.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı iyunun 4-də NATO tərəfindən təlim keçmiş və Qərb texnikası ilə silahlanmış briqadaların təmas xəttinə göndərilməsi ilə başlayıb.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı Qərbdə, necə deyərlər, dalana dirənməyib - uğursuzluğa düçar olub. Son məlumatlara görə, əks-hücum zamanı Ukrayna hərbçilərinin itkiləri 71 min nəfər təşkil edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA