Sürücülərin həyatını təhlükə qarşısında qoyanlar tapılıb.

TEZADLAR.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən sosial şəbəkələrdə “ölüm oyunu” adı ilə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atılmasını əks etdirən görüntülər araşdırılıb.

Polis əməkdaşları tərəfindən hərəkət iştirakçılarının həyatına və əmlakına real təhlükə yaradan şəxslər müəyyən ediliblər. Həmin əməli törədən şəxslər – 2006-cı il təvəllüdlü Həsənov Sədrəddin və 2007-ci il təvəllüdlü Hüseynli Pünhan saxlanılaraq polis orqanına gətiriliblər.
Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcəkdir.

Qeyd edək ki, DİN-in mətbuat xidmətinin rəisi  Elşad Hacıyev sosial şəbəkə hesabında həmin yeniyetmələrdən birinin fotosunu da yayıb.

t

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN