Qəzza zolağının əhalisi üçün 27 ton humanitar yardımla Dağıstandan havaya qalxan Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Əl-Ariş hava limanına çatıb.

Tezadlar.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

"Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi Dağıstandan humanitar yardımla El-Ariş hava limanına gəlib", - mətbuat xidməti bildirib.

Yükə ümumi çəkisi 27 tondan çox olan ərzaq, uşaq qidası, geyim, ayaqqabı və gigiyena vasitələri daxildir. Bu, artıq Dağıstandan Qəzzaya humanitar yardım aparan ikinci təyyarədir. Regionun rəhbəri Sergey Melikovun verdiyi məlumata görə, Dağıstanda 100 tondan çox humanitar yardım toplanıb.

Ümumilikdə Rusiya tərəfi Qəzza zolağının əhalisinə 200 tondan çox humanitar yardım çatdırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN