Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi Qəzza zolağından təxliyə edilmiş daha 100 rusiyalı və onların ailə üzvlərini Domodedovo hava limanına çatdırıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Qəzza zolağından təxliyə edilmiş bir qrup Rusiya vətəndaşı və onların ailə üzvləri ilə birlikdə “Domodedovo” hava limanına enib. Rusiya Fövqəladə Hallar Nazirliyinin növbəti xüsusi reysi daha 100-dən çox insanımızı çatdırıb”, - məlumatda deyilir.

Departament qeyd edib ki, rusların Fələstin-İsrail münaqişəsi zonasından çıxarılması üçün humanitar missiya başlayandan indiyədək 1051 nəfər Rusiyaya çatdırılıb, onlardan 473-ü uşaqdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN