Türkiyədə ayrı-ayrı siyasətçilər ötən ilin may-iyun aylarında seçki kampaniyası zamanı Rusiya-Türkiyə münasibətləri mövzusunu siyasi oyuna daxil etməyə çalışıblar.
“RİA Novosti” Rusiyanın Türkiyədəki səfiri Aleksey Erxovun bəyanatına istinadən xəbər verir.
Daha sonra prezident seçkiləri kampaniyası zamanı Türkiyə müxalifəti hakimiyyəti anti-Rusiya sanksiyalarına qoşulmamaq və Rusiya vətəndaşlarına, xüsusən də Antalya kurortunda daşınmaz əmlak satmaqda tənqid edib. Ankara bəyan edib ki, BMT qaydalarına əməl edir və Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlərə qoşulmaq niyyətində deyil.
“Türkiyədə diqqətlə izlənilməli olan seçkilər oldu, xüsusən də ayrı-ayrı siyasətçilər Rusiya-Türkiyə münasibətləri mövzusunu sırf daxili türk siyasi oyununa çevirməyə çalışarkən. Daha sonra Türkiyənin hökumət strukturlarında yeni təyinatlar kontekstində biz bu dəyişiklikləri nəzərə alaraq əlaqələr sistemimizi yenidən qurmalı olduq”, - diplomat bildirib.
Xatırladaq ki, Türkiyədə may ayında keçirilən son prezident seçkilərində hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan müxalifətin namizədi Kamal Kılıçdaroğlunun 44,88 faizinə qarşı 49,51 faiz səs toplayıb. İkinci turda Ərdoğan 52,18%, Kılıçdaroğlu isə 47,82% səs toplayıb.