ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydeni pis irqçi adlandırıb.

Dünən Amerika Mühafizəkarlar Konfransında çıxış edən Tramp "Co Bayden həqiqətən çox iyrənc və qəddar bir irqçi oldu. O, irqçi oldu. Bəyənsə də, bəyənməsə də" deyib.

Tramp daha əvvəl demişdi ki, Bayden ölkə tarixində ən aşağı səviyyəyə malik prezidentdir. Keçmiş dövlət başçısı hesab edir ki, Bayden tutduğu vəzifəyə səriştəsizdir, hətta ictimai çıxışlar zamanı təkbaşına səhnə tapa bilmir.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrda keçiriləcək. 25 aprel 2023-cü ildə Demokrat Bayden ən yüksək hökumət ofisinə yenidən seçilmək istəyəcəyini açıqlayıb. Tramp 2022-ci ilin noyabrında seçki yarışına qatılacağını elan edib. O, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq üçün ən çox ehtimal olunan namizəd hesab olunur.

​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN