Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Belovski rayonunda inzibati binaya hücum edib. Ölən və yaralananlar olmayıb.
Tezadlar.az bildirir ki, bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn məlumat verib.
"Dünən gecə Belovski rayon administrasiyasına partlayıcı qurğu atılıb. Fasad zədələnib, şüşələr sınıb. Hücum zamanı bir avtomobil də zədələnib. Xoşbəxtlikdən tələfat olmayıb", - o yazıb.
Region rəhbərinin səlahiyyətlərini icra edən vurğulayıb ki, ukraynalı yaraqlılar dinc obyektləri dağıtmaq cəhdlərindən əl çəkmirlər.
"Hər kəsi orada təhlükəsiz olana qədər sərhəd bölgəsinə qayıtmamağa çağırıram. Özünüzə diqqət edin", - o əlavə edib.
E.ŞİRİNOV