Rusiya Avstraliyada anti-Rusiya gündəmi formalaşdıran bələdiyyə məclislərinin deputatları arasından 235 avstraliyalının ölkəyə girişini əngəlləyib.

Tezadlar.az xəbər verir ki, bu barədə aprelin 17-də Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Əlavə 235 avstraliyalı üçün ölkəmizə giriş qeyri-müəyyən müddətə bağlanıb”, - Rusiya Xarici İşlər Nazirliyi nazirliyin saytında yerləşdirilən bəyanatda deyilir.

Qeyd olunur ki, Rusiya Federasiyasına girişi bağlamaq qərarı “kollektiv Qərbin” rusofob kampaniyası çərçivəsində Avstraliya hökumətinin Rusiya fiziki və hüquqi şəxslərinə qarşı tətbiq etdiyi siyasi motivli sanksiyalara cavab olaraq qəbul edilib.

Xatırladaq ki, Rusiyanın Kanberradakı səfiri Aleksey Pavlovski daha əvvəl bəyan etmişdi ki, kollektiv Qərb ölkələrinin ümumi mövqeyi fonunda Avstraliya və Rusiya arasında münasibətlər birdəfəlik məhv edilib. Eyni zamanda, Pavlovski qeyd edib ki, əvvəllər iki dövlət arasında mədənçıxarma və əlaqəli texnologiyalar sahəsində əməkdaşlıq olub və bu, hər iki tərəf üçün faydalı olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN