Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili qurduğu Vahid Milli Hərəkat partiyasına rəhbərlik etmək niyyətində olduğunu açıqlayıb.
Tezadlar.az bu barədə “İnterfaks”-a istinadən xəbər verir.
“Vahid Milli Hərəkat Partiyasından xahiş edirəm ki, yaxın günlərdə partiyanın İdarə Heyətini yaratsın və İdarə Heyətinin sədri vəzifəsinə namizədliyimə baxsın”, - deyə Saakaşvili bildirib.
Onun sözlərinə görə, təcrid və həbs cəzası onun siyasətlə məşğul olmasına mane olmayacaq. Bundan əlavə, o, Gürcüstanda xarici agentlər haqqında gözlənilən qanun layihəsinin əleyhdarları ilə həmrəy olduğunu bildirib.
"İndi çox vacib məqamdır, yaxın günlərdə biz Gürcüstandakı Rusiya rejiminin siyasi belini qırmalıyıq", - Saakaşvili bildirib.
Siyasətçi Gürcüstandakı müxalifət qüvvələrinə oktyabrda keçiriləcək parlament seçkiləri üçün birləşməyi tövsiyə edib. Onun fikrincə, müxalifət 70 faiz səs toplamaq iqtidarındadır.
Bundan əvvəl Mixail Saakaşvili gürcüləri “Gürcüstanın azadlığını, müstəqilliyini və Avropa gələcəyini qorumaq üçün” xarici agentlər haqqında qanunun qəbuluna etiraz etməyə çağırıb.
E.ŞİRİNOV