Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrəvanı 1915-ci il hadisələrini “ağıllı və nifrətsiz” başa düşməyə çağırıb.

Ərdoğan “Birinci Dünya Müharibəsi zamanı əlverişsiz şəraitdə” həlak olan Osmanlı İmperiyasının təbəələri olan ermənilərin xatirəsini ehtiramla yad etdiyini və onların övladlarına başsağlığı verdiyini bildirib.

O, həmçinin müharibə zamanı həlak olan Osmanlı cəmiyyətinin bütün üzvlərinə Allahdan rəhmət dilədiyini bildirib. Ərdoğan bildirib ki, indi Türkiyədə ermənilərin təhlükəsizliyi, rifahı və xoşbəxtliyi təmin edilir.

Eyni zamanda, o qeyd edib ki, tarixi hadisələrə “ağıl, vicdan və elmin rəhbərliyi altında” baxmaq və “radikal diskurslara, marginallaşmaya və nifrət nitqinə” uymamaq vacibdir.

Ermənilərə görə, 24 aprel Osmanlı İmperiyasında Erməni Soyqırımı Qurbanlarının Anım Günüdür. Erməni soyqırımı dedikdə, Birinci Dünya Müharibəsi illərində Osmanlı İmperiyasında erməni əhalisinin təqib edilməsi, kütləvi surətdə deportasiyası və məhv edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, erməni soyqırımı faktı 23 dövlət, o cümlədən Avropa Parlamenti və Ümumdünya Kilsələr Şurası tərəfindən tanınıb.

Ankara isə soyqırım ittihamlarını rədd edir, hadisələrin müharibə zamanı baş verdiyini və qurbanların həm ermənilər, həm də türklər olduğunu bildirir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN