Ukrayna gələcək dünya nizamının taleyinin qismən həll olunduğu sınaq meydanıdır.

Tezadlar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Hər kəs başa düşür ki, Ukrayna bu gün gələcək dünya nizamının taleyinin qismən həll olunduğu sınaq meydanıdır", - o, VII Ümumbelarus Xalq Assambleyasının iclasındakı çıxışında deyib.

O əlavə edib ki, nüvə gücləri hazırda qonşu ölkənin ərazisində dolayı yolla müharibə aparır.

Bundan əlavə, Lukaşenko hesab edir ki, Ukraynadakı hazırkı vəziyyətin günahkarı təkcə Vladimir Zelenski deyil, həm də onun sələfləridir.

Lukaşenkonun sözlərinə görə, Ukraynanın bütün prezidentləri “bölüb, qarət edib və oğurlayıblar”, Ukrayna xalqı bütün dövlət başçılarına nifrət edirdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN