Estoniya hakimiyyəti Rusiyanın Pskov vilayətinin Estoniya ərazisinə daxil olan bir hissəsi olan "Saatse Boot" ətrafında sərhəd hasarının tikintisinə təxminən 7 milyon avro xərcləmək niyyətindədir.

Tezadlar.az xəbər verir ki, bu barədə Estoniyanın ERR teleradio yayım şirkəti məlumat yayıb.

Bundan əvvəl Estoniya Daxili İşlər Nazirliyinin rəhbəri Lauri Lanemets bildirmişdi ki, ölkə əvvəllər Rusiya ilə mübadilə etməyi planlaşdırdığı torpaq sahələrini inkişaf etdirmək qərarına gəlib. Xüsusilə hakimiyyət “Saatse Boot” ətrafında yeni dolama yol çəkməyi qərara alıb. ERR bildirir ki, Tallin sərhədləri qurarkən Rusiya Federasiyası ilə mümkün ərazi mübadiləsini nəzərə alıb və bunun üçün 4 km uzunluğunda bir hissə ayırıb.

Lanemets deyib ki, Estoniya hökuməti “Saatse Boot”un ətrafı da daxil olmaqla, sərhəd hasarının çəkilməsi, eləcə də onun ətrafında yerli sakinlərin istifadə edə biləcəyi dolama yolun tikintisi barədə qərar qəbul edib. Nazir vurğulayıb ki, hasar lazımdır, çünki indi Estoniya Rusiya Federasiyası ilə “heç bir torpaq mübadiləsi aparmayacaq”.

Nazir əlavə edib ki, hakimiyyət sərhədin tikintisi üçün pul ayırmalı olacaq. Söhbət 4 milyon avrodan gedir. Yolun çəkilməsi üçün daha 2,6 milyon avro tələb olunacaq. Onun tikintisinin 2026-cı ilə qədər başa çatdırılması planlaşdırılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN