United və American Airlines tərəfindən istifadə edilən 300-ə yaxın Boeing sərnişin təyyarəsində potensial ölümcül qüsur var.

Tezadlar.az xəbər verir ki, “Daily Mail” qəzetinin ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) bildirişinə istinadən verdiyi məlumata görə, problem uçuş zamanı təyyarədə partlayışa səbəb ola bilər.

Nəşr qeyd edir ki, Boeing 777 modelinin mərkəz qanad yanacaq çənlərinin yaxınlığında “elektrostatik boşalma” və ya statik elektrik riski barədə xəbərdarlıq edib.

Agentlik bu problemi hələ mart ayında elan edərək, Boeing və üçüncü tərəf mütəxəssislərinin sorğuya mayın 9-dək cavab verməsini tələb edib. Şirkətin FAA tələblərinə əməl edib-etmədiyi hələ məlum deyil. 292 təyyarədəki zəifliyin aradan qaldırılmasının aviaşirkətə 698.000 dollardan az başa gələcəyi proqnozlaşdırılır.

“Daily Mail” keçən ay ABŞ Senatında keçirilən ictimai dinləmələr zamanı keçmiş Boeing keyfiyyət mühəndisi Sam Salepourun sözlərini də xatırladıb. O bildirib ki, rəhbərliyin ictimaiyyətə açıqlamalarına baxmayaraq, şirkətdə təhlükəsizlik mədəniyyəti yoxdur. Mütəxəssis etiraf edib ki, o, Boeing işçilərinin 777 model təyyarələrində hissələri düzləşdirmək üçün necə düzgün olmayan üsullardan istifadə etdiyini şəxsən görüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN