İran Xarici İşlər Nazirliyi Çin səfiri Konq Peyunu departamentə çağırıb. Diplomat Pekinin Fars körfəzindəki ayrı-ayrı adaların mülkiyyətinə dair mövqeyi ilə bağlı etiraz edilib.
Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.
"Xarici işlər nazirinin köməkçisi Məhəmməd Əli Bək Çin səfiri ilə görüşdə İran və Çin arasında sıx əlaqələrə diqqət çəkərək, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmətin beynəlxalq münasibətlərin əsas prinsiplərindən biri olduğunu xatırladıb", - İran Xarici İşlər Nazirliyinin press-relizində deyilir.
Qeyd olunur ki, etiraz Çin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) birgə iclasının yekunu üzrə bəyanatın bəzi müddəaları ilə bağlıdır ki, ona əsasən Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları əmirliklərin ərazisi kimi tanınır.
Bundan əvvəl Çin ABŞ-ın Hind-Sakit okean strategiyasına reaksiya vermişdi. Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının Birləşmiş Qərargah rəisinin müavini, general-leytenant Cin Tszyanfen bunu perspektivsiz adlandırıb.
E.ŞİRİNOV