İndoneziyada məhkəmə insan alverində ittiham olunan keçmiş məmur Terbit Renkan Perangin Anqinə bəraət verib. Müstəntiqlərin məlumatına görə, o, 656 nəfəri köləlikdə saxlayıb.

Tezadlar.az xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, vəziyyət ölkədə regional səviyyədə tüğyan edən korrupsiya ilə bağlı narahatlığı daha da artırıb.

Şimali Sumatra məhkəməsi bazar ertəsi, iyulun 8-də keçmiş məmura bəraət verib. Nəticədən belə çıxır ki, keçmiş məmur tamamilə günahsızdır. Qeyd olunur ki, eks-məmur təkcə vətəndaşları köləlikdə saxlamaqda deyil, həm də insan alveri, işgəncə və məcburi əməyə cəlb etməkdə ittiham olunurdu.

“Biz çox kədərlənirik, çünki onilliklər ərzində müstəqil ölkə olan İndoneziyada müasir köləlik təcrübəsi hələ də mövcuddur və bu, vətəndaşlarını qorumaq vəzifəsi olan dövlət qulluqçusunun evində baş verib”, - İndoneziya İnsan Haqları Komissiyasının üzvü Anis Hidaya bildirib.

2022-ci ilin yanvarında hüquq-mühafizə orqanlarının əməkdaşları korrupsiya işini araşdırarkən dövlət qulluqçusunun mülkündə kameralar aşkar ediblər. Nəticədə, istintaq müəyyən edib ki, 2010-cu ildən başlayaraq kameralarda 665 nəfər olub.

Hələ hökumət ofisində olarkən, adam pulsuz müalicə vəd edən narkotiklərin reabilitasiyası proqramı həyata keçirməyə başlayıb. Lakin mülkdə olan insanlar heç vaxt narkotik müalicəsi almadıqlarını bildiriblər. Əvəzində onları həbs ediblər, döyüblər, işgəncələrə məruz qoyublar və plantasiyalarda işləməyə məcbur ediblər. Bəzi qurbanlar kişi mühafizəçilər tərəfindən cinsi təcavüzə məruz qaldıqlarını bildiriblər.

Prokurorlar apellyasiya şikayəti vermək niyyətindədirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN