ABŞ-ın keçmiş prezidenti Donald Trampın vitse-prezident postuna seçdiyi senator J.D.Vens 2016-cı ildə onu tənqid edəndən sonra ABŞ-ın keçmiş lideri ilə bağlı fikrini dəyişdiyini deyib.

Tezadlar.az bu barədə “Fox News”-ə istinadən xəbər verir.

"Mən əslində yaxşı bir şey olduğunu düşünürəm ki, səhv etdiyiniz birini görəndə öz səhvinizi qəbul etməli və səhv etdiyinizi etiraf etməlisiniz", - senator deyib.

Vens keçmişdə Trampı tənqid etməsini onunla izah edib ki, o, keçmiş prezidentin fəaliyyətini işıqlandıran “mediada yalan və təhriflərə alışıb”. Vitse-prezidentliyə namizəd əlavə edib ki, Tramp fikrini dəyişib.

Vens Trampın Rusiya və Ukrayna ilə danışıqlara başlamaq planlarından danışıb

Vens deyib ki, 2016-cı il seçkiləri zamanı keçmiş prezidentə şübhə ilə yanaşan amerikalılar da mövqelərini dəyişmiş ola bilərlər.

İyulun 15-i axşam saatlarında Tramp 39 yaşlı senatorun vitse-prezidentliyə namizədliyini irəli sürdüyünü açıqlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN