İsrail Livanla hərbi qarşıdurmaya hazırdır, lakin vəziyyəti diplomatik üsullarla həll etmək şansı verir.

Tezadlar.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin Rusiyadakı səfiri Simone Halperin iyulun 24-də jurnalistlərə bildirib.

"Biz Livanla tammiqyaslı müharibədə qətiyyən maraqlı deyilik", - o deyib.

Diplomat həmçinin yəhudi dövlətinin şimal cəbhəsində genişmiqyaslı hərbi əməliyyatlara başlamalı olacağını istisna etməyib. O qeyd edib ki, İsrail bu cür hadisələrə hazırdır, lakin diplomatiyaya şans verir.

Səfir vəziyyəti futbol matçı ilə müqayisə edərək oyunun 90 dəqiqə davam etdiyini xatırladıb. Halperin yekunlaşdırıb ki, hazırda İsrail və Livan arasında vəziyyət oyunun sonuna kifayət qədər yaxın olan matçın 85-ci dəqiqəsinə bənzəyir.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu yəhudi dövlətinin özünü hər vasitə ilə müdafiə etməyə hazır olduğunu bildirmişdi. O, beynəlxalq ictimaiyyəti İran və onun vəkillərinə qarşı mübarizədə ölkəsini dəstəkləməyə çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN